Menu

Ağdamda tələfatla nəticələnən yanğın baş verib

12.09.2015, 09:54
Ağdamda tələfatla nəticələnən yanğın baş verib

Ağdamda tələfatla nəticələnən yanğın hadisəsi qeydə alınıb.

Ağdam rayonu, Baharlı kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan tövlənin qamışdan ibarət dam örtüyünün yanar konstruksiyaları yanıb.

Yanğın zamanı tövlədə olan 2 iribuynuzlu heyvanın biri tüstüdən boğularaq tələf olub, digəri isə yanğınsöndürənlər tərəfindən xilas edilib. Yaxınlıqdakı ot bağlamaları yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol