Menu

Bir qrup zaqatalalı deputatlarının Rizvan Vahabov olmasını istəyir - YAP-a MÜRACİƏT

12.09.2015, 13:42
Bir qrup zaqatalalı deputatlarının Rizvan Vahabov olmasını istəyir - YAP-a MÜRACİƏT

Parlament seçkilərinə  təxminən ay yarım vaxt qalsa da, ölkədə hələ də seçkilərlə bağlı gözlənilən fəallıq  hisss olunmur. Bunun da əsas səbəblərindən biri heç şübhəsiz hakim partiyanın - YAP-ın deputatlığa namizədlərinin siyahısını açıqlamamasıdır.

Görünən odur ki, YAP-da iddaçıların sayının çox olması ortaq məxrəcə gəlməkdə, sonradan narazılığa səbəb olmayacaq vahid siyahı hazırlamaqda çətinlik törədir. Hakim partiyanın hazırda siyahını hansı meyarlar əsasında tərtib etdiyini bilinməsə də,  YAP rəhbərliyində olan şəxslər seçicilərin rəylərini nəzərə aldıqlarını bildirirlər. Elə buna görə də,  bir qrup Zaqatala seçicisinin kimi deputat görmək istədikləri ilə bağlı "AzPolitika.info" vasitəsilə hakim partiyanın rəhbərliyinə göndərdiyi müraciəti qısa ixtisar və zəruri redaktə ilə dərc edirik.

Müraciətdə deyilir:

"Hörmətli redaksiya, son zamanlar ölkə mediası Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərə daha çox yer ayırır. Milli Məclisin deputatı kim olmalıdır və o hansı kriteriyalara cavab verməlidir? Xalqın seçkilərə marağı hansı səviyyədədir?

Bu kimi suallar bizi də düşündürür. Bir çox hallarda xalqın nümayəndəsi olan deputatlar seçildikdən sonra xalqdan uzaq düşürlər. Bölgədə yaşayan xalqın arzu, tələb və istəklərini yuxarı dövlət orqanlarına çatdırmaq qabiliyyətində olmadıqları üçün, onlara edilən müraciətlərdən qaçırlar. Xalqın arzu və istəklərinə biganə münasibət bəsləyirlər.

Bundan 8 il əvvəl YAP-ın vahid namizədi kimi Bakı şəhər sakini, Neft Şirkəti Neft Kəmərləri İdarəsinin sabiq rəisi, Zaqatalanın Fəxri Vətəndaşı Rizvan Əkbər oğlu Vahabov deputatlığa namizəd kimi qeydə alınmışdı. O, həmişə sadə xalqın içində idi. Qısa müddətdə Zaqatala 110 saylı seçki dairəsi ərazisində çox böyük seçki nümunəsi nümayiş etdirdi. Artıq hamıya məlum idi ki, müxalifətin nümayəndəsinə qarşı real rəqib R.Ə. Vahabovdur. Və o mütləq qalib gələcəkdir.

Gözlənilmədən və heç bir səbəb göstərilmədən seçki kampaniyasının qızğın çağında YAP rəhbərliyi R.Vahabovun yox, bir başqasının namizədliyi üzərində dayandı. Bu da son nəticədə Zaqatala xalqına heç nə vermədi.

Yalnız namizəd olduğu halda Rizvan müəllim tərəfindən yerli rəhbər orqanların əsassız süründürməçiliyinə məruz qalmış rayon sakinlərinin haqlı müraciətlərinin müsbət həllinə kömək olunmuş, onların tələbləri yerinə yetirilmişdi.

Ona görə də, biz bir qrup Zaqatala rayon sakinləri Sizin vasitənizlə YAP-ın rəhbərliyindən xahiş edirik ki, Zaqatala 110 saylı Seçki Dairəsindən xalqın inam və etimadını qazanmış, YAP-ın yaradıcılarından biri olan Rizvan Əkbər oğlu Vahabovun namizədliyini irəli sürsün. Çünki o çox vətənpərvər, sadə insanların arzu və istəklərini hamıdan yaxşı bilən insandır.

Hörmətlə: Atayev Sədrəddin Murtuzəli oğlu Zaqatala rayonu Muxax kənd sakini

Hüseyinova Nuriyyə Murtuzəli qızı Zaqatala rayonu Yuxarı Tala kənd sakini

Şabanov İbrahim Kərim oğlu Zaqatala rayonu Muxax kənd sakini

Seydiəhmədov Məhəmməd Mecid oğlu Zaqatala rayonu Muxax kənd sakini

Əminov Fazil Musa oğlu Zaqatala rayonu Muxax kənd sakini

Əminov Fərman Musa oğlu -----------------------------------------------

Yusubov Vidadi Zəkəri oğlu -------------- ------------ -----------------------

İsmayılov İftixar Rəhim oğlu Zaqatala rayonu Lahıc kənd sakini

Qurbanov Hacımusa Yusif oğlu Zaqatala rayonu Muxax kənd sakini

İsayev Abdulla Abid oğlu --------------------- ----------------------------

və başqaları cəmi 36 nəfərin imzası ilə təsdiq edilmişdir"

Vaqif

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol