Fransanın Türkiyənin Bodrum şəhərindəki fəxri konsulu Fransuaza Olsye müvəqqəti olaraq öz səlahiyyətlərindən azad edilib.
AzPolitika.info-nun Gazeta.ru-ya istinadən verdiyi məlumata görə, “France 2” televiziyası Fransa XİN başçısı Loran Fabiusun bu əmri insan qaçaqmalçılığı ilə bağlı verdiyini bildirib.
F.Olsyenin Bodrumda olan mağazasında qeyri-leqal miqrantlara doldurma qayıqlar və xilasedici gödəkçələr satdığı üzə çıxıb. Fəxri konsul bildirib ki, əgər o miqrantlara lazımi avadanlıq satmasaydı, bunu başqaları edəcəkdi. Olse Türkiyə hökumətinin də qaçaqmalçılara dəstək verdiyini iddia edir.
Həmin mağazanın binasında Fransa bayrağı asılıb, girişdə isə sahibəsinin statusu qeyd olunub.


Şərhlər