Menu

Bakıda "Fanta"nın içindən nələr çıxır? - FOTOFAKT

12.09.2015, 14:17
Bakıda "Fanta"nın içindən nələr çıxır? - FOTOFAKT

"Dünəndən dəhşət içindəyəm. Coca-Cola şirkəti də buna izah verməlidir"

Bloqçu Barış Namazov "Coca-Cola Azərbaycan" şirkətini ifşa edən şəkillər paylaşıb. Lent.az-ın xəbərinə görə, bloqçu "Coca-Cola Azərbaycan" şirkətinin istehsalı olan "Fanta" aldığını və onun içində qara nöqtələr olduğunu qeyd edib.

"Dünəndən dəhşət içindəyəm. Coca-Cola şirkəti də buna izah verməlidir".

Bloqçu qeyd edib ki, sentyabrın 10-da Rəsulzadə qəsəbəsindəki marketdən 2 litrlik fanta alıb: "Birdən gözüm "Fanta"nın içindəki qara-qura şeylərə rast gəldi. Qarışqamı, ağcaqanadmı, həşəratmı?"

"Dəhşət ondadır ki, biz daha çox Coca-Cola içirik və onun qara rəngində bu natəmizliyi görmürük. Dəhşətə gəldim ki, indiyədək içmədiyim zibillər qalmayıb...." deyə B. Namazov yazıb.

Bloqçu hələ də "Fanta"nın qapağını açmadığını qeyd edib.

"Coca-Cola Azərbaycan" şirkətinin də məsələyə münasibətini yaymağa hazırıq.

Böyütmək üçün şəkillərə klikləyin

[gallery columns="4" size="full" ids="153030,153031,153032,153033"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol