Menu

Ərzaq bahalaşır, istehlak həcmi azalır - Rusiyada

12.09.2015, 17:57
Ərzaq bahalaşır, istehlak həcmi azalır - Rusiyada

AzPolitika.info xarici mənbələrə istinadla xəbər verir ki, cari ilin birinci yarısında (yanvar-iyun) Rusiyada əhalinin ət istehlakı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,0 faiz azalıb. «All Retail» qəzetinin yazdığına görə, bu barədə «Rosstat» başçısının müavini Konstantin Laykam məlumat verib.

«Birinci yarımildə ət istehlakı 5,0 faiz azalıb. Əvvəla, əhalinin real gəlirləri düşür, ikincisi isə qiymətlər qalxır. Eyni zamanda, bu məhsulun idxal həcmi də düşüb, resurslar kiçilib, bu da istehlakın azalmasına gətirib çıxarır»-deyə, Laykam aydınlıq gətirib.

«Rosstat»ın məlumatına görə, 2015-c iilin yanvar-mart aylarında ət və quşların idxal payı uyğun məhsulların ümumi resurs həcmində 8,0 faiz, o cümlədən, mal ətinin idxal həcmi 9,4 faiz, donuz ətinin idxal həcmi 11,9 faiz, quş ətinin idxal həcmi isə 3,8 faiz azalıb.

Bu arada, xəbər verilir ki, iyul ayında Rusiya bazarında üzümün satış qiyməti ortalama 207,67 rubl/kq təşkil edib. 2014-cü ilin iyul ayı ilə müqayisədə bu il üzümün qiyməti 41,7 faiz və ya 61,08 rubl/kq qalxıb. Cari ilin iyun ayında isə üzümün orta qiyməti 223,13 rubl/kq təşkil edib.

Redaksiyadan: Şübhəsizdir ki, ərzaq qiymətlərinin qalxmasında Rusiya bazarına müxtəlif yollarla daxil olan «sanksiyaaltı» qida məhsullarının məhv edilməsinin də müəyyən rolu olub. Amma nədənsə, bu amil Rusiya «statistika ustaları»nın nəzərindən qaçıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol