Menu

İranda nəhəng uran yatağı tapılıb!

13.09.2015, 10:56
İranda nəhəng uran yatağı tapılıb!

Xarici KİV-in yaydığı məlumata görə, İranda nəhəng uran yatağı aşkarlanıb. Ölkənin atom enerjisi Təşkilatı kəşv olunmuş strateji xammalın ehtiyatının həcmini açıqlamır. Məlum olan təkcə budur ki, yataq ölkənin mərkəzi hissəsində yerləşir («Exo Moskvı»).

«Röyter» agentliyinin xəbərinə görə, İran İslam Respublikası atom enerjisi Təşkilatının prezidenti Əli Əkbər Salehi bəyan edib ki, yatağın işlənməsinə yaxın vaxtlarda başlamaq planlaşdırılır.

Bundan əvvəl «altılıq»la danışıqlar zamanı Tehran razılaşmışdı ki, 15 il müddətində uranı 3,67 faizdən yuxarı zənginləşdirməyəcək. Razılaşmaya görə, 15 il müddətində İranda zənginləşdirilmiş uranın ehtiyatı 300,0 kiloqramı aşmamalıdır.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol