Menu

NATO Baltik ölkələrini müdafiə edəcək! - Rasmussen

13.09.2015, 11:07
NATO Baltik ölkələrini müdafiə edəcək! - Rasmussen

Xarici KİV-in yaydığı məlumata görə, NATO Baltik ölkələrinə «Rusiyanın mümkün hərbi hücumu»nu dəf etməyə hazırdır. Bu barədə alyansın eks-baş katibi Andres Foq Rasmussen «Apostrof»a müsahibəsində söhbət açıb (Rosbalt).

Onun sözlərinə görə, ehtiyac yaranacağı təqdirdə, Baltik ölkələri hərbi kömək alacaqlar.

«Baltikyanı dövlətlər - NATO-nun üzvüdürlər. 5-ci maddənin (NATO Nizamnaməsinin - red.) tələbləri onlara da şamil olunur. Ona görə də bu ölkələrə ixtiyari hücum Şimali Atlantika alyansını məcbur edəcək ki, proseslərə müdaxilə etsin»-deyə, Rasmussen qeyd edib.

Bundan əvvəl Rusiyanın alyansdakı daimi nümayəndəsi Aleksandr Qruşko bəyan edib ki, öz ərazisində NATO kontingenti və ya silahı yerləşdirməyə can atan ölkələr «odla oynamış olacaqlar».

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol