Menu

Azərbaycanlılarla suriyalılar arasında əlbəyaxa dava düşdü – VİDEO

13.09.2015, 11:56
Azərbaycanlılarla suriyalılar arasında əlbəyaxa dava düşdü – VİDEO

Ukraynanın Odessa şəhərində yerləşən “Radiorınok” bazarında azərbaycanlılarla suriyalılar arasında əlbəyaxa dava düşüb.

AzPolitika.info-nun “24” kanalına istinadən verdiyi məlumata görə, qarşıdurma nəticəsində dörd nəfər xəsarət alıb, onlardan biri ağır vəziyyətdədir.

Milisə şikayət edən suriyalıların dediyinə görə, azərbaycanlılardan ibarət reket qrupu onların telefon satdığı obyektə gələrək pul tələb edib.

Deyilənə görə, həmin şəxslər suriyalı ticarətçiləri əvvəlcə döyməklə hədələyiblər, sonra isə bıçaqla hücum ediblər. Hadisə sentyabrın 9-da baş verib.

Hücum edən şəxslərdən hələ heç kimin saxlanılmadığı bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol