Menu

Avropada qaçqınlara dəstək mitinqləri keçirilir – VİDEO

13.09.2015, 12:36
Avropada qaçqınlara dəstək mitinqləri keçirilir – VİDEO

Avropanın müxtəlif şəhərlərində suriyalı və afrikalı qaçqınlara dəstək aksiyaları keçirilir.

AzPolitika.info-nun NTV-yə istinadən verdiyi məlumata görə, ən böyük aksiyalar Lissabon və Londonda keçirilib.

Britaniya paytaxtında minlərlə insanın keçirdiyi “həmrəylik marşı”na Leyborist Partiyasının yeni lideri Ceremi Korbin də qoşulub.

Lakin əksinə düşünənlər də aksiyalar keçirir. Varşavada qaçqınlara dəstək aksiyası ilə yanaşı, şəhər yaxınlığında keçirilən başqa bir aksiyada “bugünkü qaçqınların sabah terrorçuya çevriləcəyi” ilə bağlı şüarlar səsləndirilib.

Bratislavada keçirilən “lehinə” və “əleyhinə” mitinqlərindən birində “Ürəklərinizi açın” və “Slovakiya slovaklar üçün” şüarları “qonşu” olublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol