Taliban döyüşçüləri mərkəzi Əfqanıstandakı Gəznidə yerləşən həbsxanaya hücum edərək 350 məhkumu azad ediblər. Hücum zamanı azı dörd polis əməkdaşı həyatını itirib.
Ğəzni vilayətinin əyalət qubernatorunun müavini Mohammad Ali Ahmadinin sözlərinə görə, mütəşəkkil hücumçular hərbi uniforma geyiniblər.
Cənab Ali Ahmadi bildirib ki, hücumçulardan biri həbsxana qapısı qarşısında özünü partladıb, bu da digərlərinə həbsxana kameralarını açmağa imkan yaradıb.
Taliban qrupu erkən saatlarda hücumu təsdiqləyib.
Taliban sözçüsü Zabihullah Mujahid və qubernator müavini təsdiq edib ki, hücumçulardan üçü öldürülüb.
Qubernator müavini yeddi polis əməkdaşının da yaralandığını xəbər verib.
Qaçan məhkumların kimliyi və hara qaçması hələlik məlum deyil.
2011-ci ildə Taliban üsyançıları da daxil olmaqla təxminən 500 məhkum çöl tərəfdən yüzlərlə metrlik tunel qazılandan sonra Qəndəhar şəhərindəki həbsxanadan qaça bilib. /BBC


Şərhlər