Menu

Terrorçuların Cizrə planı belə alt-üst edildi - HESABAT

14.09.2015, 12:39
Terrorçuların Cizrə planı belə alt-üst edildi - HESABAT

Türkiyə Daxili İşlər Nazirliyi Cizrə hadisələri və həmin ərazidə keçirilən anti-terror əməliyyatları ilə bağlı hesabat açıqlayıb.

AzPolitika.info-nun “Sabah”a istinadən verdiyi məlumata görə, Cizrə hadisələrində dağdan enən 30 terrorist PKK-nın gənclər qolu olan YFG-H qruplaşmasının 200 üzvünü dövlətə qarşı təxribatlara cəlb edib.

PKK terrorçuları 150 evi tunellə bir-birinə bağlayıb, elektrik və telefon xətlərini də kəsib.

Cizrəni Kobaniyə çevirmək istəyən PKK-nın nəzarətində olan YDG-H təşkilatına qarşı başladılan və 8 gün davam edən əməliyyatların detallarınə açıqlayan DİN-də bildirilib ki, sentyabrın 4-dən 12-dək terrorçularla mübarizəyə 500-ə yaxın xüsusi təyinatlı cəlb olunub. Terrorçular tərəfindən 60 barrikada və 30 bomba tələsi qurulan xəndək, 20 əldəqayırma partlayıcı, 800 kiloqram partlayıcı maddə məhv edilib.

Əməliyyatlar zamanı 32 PKK terrorçusunun məhv edildiyi, 2 nəfəri “dağ heyəti”ndən olmaqla 10 terrorçunun da saxlanıldığı bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol