Menu

Vergi yığımı da azalıb- 5,8%

14.09.2015, 13:15

vergiler2015-ci ilin yanvar-avqust ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi, rüsum və maliyyə sanksiyası kimi 4 milyard 565 milyon 375,8 min manat vəsait daxil olub. Bu, 2014-cü ilin eyni dövründəkindən 279,6 mln manat və ya 5,8% azdır.

Vergi yığımı azalsa da, Vergilər Nazirliyinin məlumatında deyilir ki, proqnoza 101,4% əməl edilib.

Bu ilin 8 ayında vergi orqanlarında 52 897 vergi ödəyicisi qeydiyyata alınıb. Ötən ilin eyni dövründə bu göstərici 1388 subyekt çox idi. (contact.az)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol