Xarici KİV-in məlumatına görə, Yaponiya imperatoru Akixitonun qardaşının ümumi rəhbərliyi altında fəaliyyət göstərən Yaponiya incəsənət Assosiasiyası qaçqınlara alman dilinin öyrədilməsini məqsədilə Almaniyadakı Göte institutuna 100 milyon iyen (800 min dollardan artıq) vəsait ayırıb. Məlumatı yerli KİV-lər yayıb (TASS).
Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bununla bağlı qeyd edib ki, Göte İnstitutu Almaniyanın mədəniyyət siyasətinin irəli aparılması istiqamətində «flaqman» rolunu oynayır. O, əmin olduğunu bildirib ki, mədəni və maarifçilik çalışmaları «insanların inteqrasiyası işinə öz əvəzsiz töhvəsini verəcək».
Ayrılmış vəsait «Premium imperiale» Yaponiya imperator mükafatının nominatları barədə elana daxil edilib. Bu mükafat «incəsənətin inkişafı və yayılması sahəsində böyük xidmətlərə görə» verilir və mədəniyyət sahəsində Nobel mükafatının analoqu sayılır. Bu il həmin mükafata alman hekəltaraşı Volfhanq Layb, fransız balerina Silvi Hillem, fransız arxitektor Dominik Perro, Yaponiya əsilli britaniyalı piansit Mitsuko Utida və yapon rəssam Tadanori Yoko layiq görülüb.
2015-ci ildə Yaxın Şərqin və Afrikanın bir sıra ölkələrində münaqişələrin aktiləşməsi səbəbindən dolayı, bu bölgələrdən Avropa İttifaqına gələn qaçqınların sayı artıb. Avstriyada bir yük maşınında 71 Suriyalı qaçqının cəsədi aşkar olundaqdan sonra bu problem KİV-də xüsusi rezonans doğurub.
Xəbərlədə qeyd olunur ki, bu il ümumilikdə, Avropaya keçməyə cəhd göstərən qaçqınların 2600 nəfərdən çoxu həlak olub. Mütəxəssislərin qiymətdəndirmələrinə görə, ilin sonuna qədər Avropa İttifaqı ölkələrinə miqrant axını 1 milyon nəfərə çata bilər.
AzPolitika.info


Şərhlər