Menu

Tehranla sazişin əsl məqsədi...

14.09.2015, 15:50
Tehranla sazişin əsl məqsədi...

Almaniya, Fransa və Böyük Britaniya liderləri ABŞ-da nəşr olunan Washington Post qəzetində ortaq bir məqalə yazaraq İranın İsraili tanıması lazım olduğunu bəyan ediblər.

AzPolitika.info-nun məlumatına görə, Angela Merkel, Fransua Olland və Devid Kemeronun imzasını daşıyan məqalədə "İranın nüvə proqramı mövzusunda əldə edilən razılaşma Tehran tərəfindən İsrailin tanınmasına da imkan yaradacaq" fikri yer alıb.

Onların fikrincə, nüvə sazişi dünyada diplomatik yollarla nələr əldə edilə biləcəyini göstərib. Avropa liderlərinin sözlərinə görə, İsrailin dövlət kimi Tehran tərəfindən tanınmaması qəbul edilməzdir və İran bu istiqamətdə ciddi addımlar atmalıdır.

Merkel, Olland və Kemerona görə, İranla onların dövlətləri arasında fikir ayrılıqlarına baxmayaraq, bir sıra ortaq manafe nöqtələri var ki, bunlardan ən mühümü də İŞİD-ə qarşı mübarizədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol