Menu

Sərxoş tutulan ağsaqqal sürücü: "Dünya vecimə deyil, yaxşı eləmişəm" - VİDEO

14.09.2015, 16:14
Sərxoş tutulan ağsaqqal sürücü: "Dünya vecimə deyil, yaxşı eləmişəm" - VİDEO

DYP-nin saxladığı sərxoş ağsaqqal jurnalistlərə qəribə müsahibə verib

Keçirilən reyd zamanı sərxoş halda avtomobil idarə etdiyi üçün yol polisi tərəfindən saxlanılan ağsaqqal sürücü jurnalistlərə qəribə müsahibə verib. Avtosfer.az-ın məlumatına görə, sərxoş sürücü içkili olduğunu etiraf etsə də, cərimədən qorxmadığını, bu cür əməllərini davam etdirəcəyini deyib. «İçmişəm, yaxşı eləmişəm» deyən ağsaqqal jurnalistlərə «ağır iş və ağır cəzalar» da arzulayıb. Əməlindən peşman olmadığını da qeyd edən ağsaqqal «dünya vecimə deyil, cərimə mənlik deyil» sözlərini də əlavə edib.

Avtosfer.az həmin videonu təqdim edir:

Qeyd edək ki, videonu sosial şəbəkələrdə İnteraz yayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol