Rusiyanın aparıcı neft nəhəngi olan LUKOYL şirkətinin prezidenti Vahid Ələkbərov 2016-cı ildə neftin qiymətinin bir barelə 50-55 dollar arası olacağını ehtimal edir.
“Mən ümid edirəm ki, bizim noyabrda təsdiq edəcəyimiz orta müddətdi proqram – bu proqramda 2016, 2017, 2018-ci illəri nəzərdə tutacağıq – neft qiymətlərində üzən artıma hesablanacaq. 2016-cı ildə 50-55 dollar arası qiymət gözləyirik”, - deyə Vahid Ələkbərov qeyd edib.
Onun sözlərinə görə, şirkətin büdcəsində bu qiymətlər əsasında hesablama LUKOYL-un investisiya proqramı ilə bağlı maliyyə göstəricilərini öncədən hesablamağa müəyyən qədər kömək edəcək.
“Mən əminəm ki, qiymətlər bizə investisiyalarımızı qorumağa imkan verən parametrə çıxacaq. Bu, təxminən bir barelə 65-90 dollar arası olan bir qiymətdir ki, bizə dərin suları, Arktikanı tədqiq etməyə imkan yaradacaq”, - deyə azərbaycanlı milyarder V.Ələkbərov əlavə edib.
AzPolitika

Şərhlər