Menu

“Türk axını” ilə qaz nəqli təxirə salınır

14.09.2015, 17:41

türkakımıdoğalgaz-boru-hattı-projesi-Türk-AkımıTürkiyə vasitəsi ilə Avropaya Rusiya qazının nəqlini nəzərdə tutan “Türk axını” layihəsi üzrə boru xəttinin fəaliyyətə başlama tarixi təxirə salınacaq.

AzPolitika.info-nun Bloomberg-ə istinadən verdiyi məlumata görə, bu barədə “Qazprom”un prezidenti Aleksandr Medvededev bildirib.

Onun sözlərinə görə, sözügedən boru xətti üzrə ilk qaz nəqlində tarixin müəyyən edilməsi Türkiyədən asılı olacaq.

Bundan əvvəl “Türk axını”nda ilk qaz nəqlinin başlanma tarixi 2016-cı ilin dekabrı olaraq nəzərdə tutulurdu. “Qazprom” rəhbəri əlavə edib ki, 2015-ci ildə Aİ və Türkiyəyə qaz ixracatı 158 milyard kubmetri aşacaq.

Qeyd edək ki, bundan əvvəl seçkilərlə əlaqədar olaraq, Rusiya sözügedən layihə üzrə danışıqları müvəqqəti olaraq dayandırmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol