Menu

Oliqarxlar Ukrayna üçün ciddi təhlükədir! - Poroşenko

14.09.2015, 22:26
Oliqarxlar Ukrayna üçün ciddi təhlükədir! - Poroşenko

Xarici KİV-in məlumatına görə, Britaniyanın «Independent» qəzetinə verdiyi müsahibədə Ukrayna prezidenti Petro Poroşenko bəyan edib ki, yerli oliqarxlar ölkə üçün ciddi təhlükə mənbəyidirlər. Dövlət başçısı israr edir ki, hökumət oliqarxların bazara nəzarətin limitləşdirilməsi istiqamətində aktiv fəaliyyətə keçsin (Rosbalt).

Qəzet qeyd edir ki, dövlət başçısı öz gəlirlərini açıqlamaq istəmədiyinə görə, tənqidlərə məruz qalıb, amma onun seçkiqabağı vədlərindən biri də ölkədə oliqarxların hakimiyyətini «ixtisar etmək»dən ibarət olub.

Nəşrə müsahibəsində Ukrayna prezidenti xəbər verib ki, Donbasda atəşkəsin saxlanmasına baxmayaraq, bölgədə hərbi əməliyyatların sona çatmasından danışmaq hələ tezdir: «Bu, müharibənin sonu deyil, onun əvəzində - taktikanın dəyişməsidir. Atəşkəs rejiminin hansı dövr ərzində saxlanacağı məlum deyil».

Prezidentin sözlərinə görə, Ukrayna Qərb ölkələri ilə qarşılıqlı fəaliyyətə hazırdır və hərbi əməliyyatların əhatə etdiyi ərazilərə beynəlxalq müşahidəçilərin girişinə hərtərəfli şərait yaradır. O, qeyd edib ki, bütün bunlar Minsk razılaşmasının həyata keçirilməsi üçündür. Tərəflərin lazımi şərait yarada bilməyəcəyi təqdirdə, sülh tənzimləməsinin bütün planı pozulmaq təhlükəsi altına düşər - Rusiyaya yönəlik bütün neqativ nəticələri və sanksiyaları ilə birlikdə.

Poroşenko əmindir ki, payızda DXR və LXR-də keçiriləcəyi gözlənilən seçkilər uyğun nəticələr doğuracaq.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol