Xarici KİV-in məlumatına görə, bazar ertəsi Britaniya hökuməti parlamentin üzvü Riçard Harrinqtonu qaçqınlarla iş üzrə məsul vəzifəyə təyin edib. O, Böyük Britaniyanın qəbul etməyə razılıq verdiyi 20 min qaçqınla iş aparacaq. Bu barədə məlumatı Baş nazir Devid Kemeronun dəftərxanasının bəyanatına istinadla, «RİA Novosti» agentliya yayıb (Rosbalt).
Yeni təyinatla bağlı bəyanatı Britaniyanın hökumət başçısı Livanın paytaxtı Beyrut şəhərində verib. Hazırda o, Livanda rəsmi səfərdədir. Britaniya kraliçası parlament üzvünün yeni vəzifəyə təyinatını təsdiq edib.
«Riçard Harrinqton Britaniyada 20 min suriyalı qaçqının yerləşdirilməsi və koordinasiyası üzrə hökumətdə iş aparılmasına, eyni zamanda, bölgədəki suriyalı qaçqınlara dövlət tərəfindən göstərilən yardımın koordinasiyasına cavabdeh olacaq»-deyə, dəftərxananın məlumatında qeyd olunur.
Bundan əvvəl parlamentdəki çıxışı zamanı baş nazir Kemeron bəyan edib ki, Britaniya yaxın 5 il ərzində 20 min suriyalı qaçqını qəbul edəcək. Bu zaman baş nazir əlavə edib ki, qaçqınların seçimi məsələsinə Londonun öz yanaşması olacaq və əsasən, Avropa İttifanına gəlmiş qaçqınlara yox, İordaniyadakı və Türkiyədəki düşərgələrdə müvəqqəti yerləşdirilmiş qaçqınlara üstünlük veriləcək.
AzPolitika.info


Şərhlər