Xarici KİV-in məlumatına görə, bu ilin yazında arvadını boşayan (və ya arvadından boşanan) Estoniyanın prezidenti Toomas Hendrik İlves məşhur Estoniya bəstəkarı Arvo Pyartanın Tallində qeyd olunan 80 illik yubileyində bir başqa qadının müşaiyəti ilə ortaya çıxıb. Məlum olub ki, dövlət başçısının məşuqəsi Latviya müdafiə nazirliyi milli kibertəhlükəsizlik siyasətini koordinasiya şöbəsinin rəhbəri İyeva Kuptsedir.
«DELFİ»-nin məlumatına görə, cütlük tədbirə prezidentin xidməti avtomobilində birlikdə gəlib. Dəvət olunanlar arasında prezident İlvesin keçmiş arvadı Evelin də olub.
Bu yay Estoniya prezidenti və İyeva Kuptse Riqadakı «Koya» restoranında gözə dəyib. Öz «peyk»i ilə o, ingiliscə danışıb, qadın isə ofisiantlarla latış dilində ünsiyyətdə olub.
İyeva Kuptse diplomatik karyerasını 1997-ci ildə Latviya xirici işlər nazirliyində başlayıb. 2005-ci ildə o, NATO sammitinin təşkili ilə məşğul olub. Estoniya prezidenti ilə də İyeva Avropa Parlamentində işləyərkən tanış olub.
İyeva kəbində deyil, amma onun bir oğlu var.
Bax, buna deyərəm «məhəbbətdə demokratiya»! Bu kişi də ki, əmləlli-başlı babnik imiş...
AzPolitika.info


Şərhlər