Rusiya prezidenti Vladimir Putin Tacikistanın paytaxtı Düşənbəyə gəlib. Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, o, bu axşam başlayacaq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitinə qatılacaq.
Məlumatlara görə, yerli hökumət toplantının gedişi müddətində misli görünməmiş təhlükəsizlik tədbirləri görüb.
Putinin köməkçisi Yuri Uşakov az öncə bildirmişdi ki, bu axşam KTMT ölkələrinin liderləri qeyri-formal şam yeməyi olacaq, səhər isə artıq əsas rəsmi tədbirlər keçiriləcək. Onun sözlərinə görə, KTMT-nin müzakirə edəcəyi mərkəzi mövzu üzv ölkələrin sərhədləri yaxınlığında terror təhlükəsinin artmasıdır.


Şərhlər