Menu

Deniz Baykal yeni seçki siyahısına salınmayacaq – İddia

15.09.2015, 11:27

deniz-baykal-koske-aday-olacak-mi-17994CHP-də 1 noyabra nəzərdə tutulan seçkilərlə əlaqədar qarşıdurmaların başladığı deyilir.

AzPolitika.info-nun “Yenişafak”a istinadən verdiyi məlumata görə, Kılıçdaroğlunun öncədən partiyadaxili seçkilər keçirmədən namizədlər siyahısını özünün müəyyən etməsi CHP-də gərginlik yaradıb.

Partiya dəhlizlərində Kılıçdaroğluna müxalif olan üzvlər arasında narazılığın artması, müxtəlif dedi-qoduların dolaşması müşahidə olunur.

Bəziləri sabiq CHP sədri DenizBaykalın yenidən siyahıya düşməyəcəyini bildirir, çünki onun özünü hələ də partiya lideri kimi aparması Kılıçdaroğlunu narahat etməyə başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol