Türkiyədə məhkəmə keçmiş hakim Süleyman Karaçöl haqqında yenidən həbs qərarı çıxarıb.
Musavat.com-un məlumatına görə, keçmiş hakim “dəstə yaratmaq” iddiası ilə məhkəmə qarşısına çıxarılıb, bəraət almışdı. Bundan sonra prokurorluq qərara etiraz edib və onun haqqında saxlanılma qərarı çıxarıb.
S. Karaçöl dünən Kütahyadakı evində saxlanılıb. Bakırköy 2-ci ağır cinayətlər məhkəməsinə aparılan S. Karaçöl məhkəmənin qərarına əsasən həbs olunub.
Polislər S. Karaçölün evində onun vəkili, işdən çıxarılmış həmkarı ilə də qarşılaşıblar.


Şərhlər