Suriyanın Latakiya şəhərində hava bazası olaraq hazırlanan əraziyə artıq 10-a yaxın T-90 Rusiya tankın toplandığı deyilir.
AzPolitika.info-nun “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə məlumat ABŞ-ın yüksək vəzifəli şəxslərindən əldə olunub.
Bu tanklarla yanaşı Rusiyaya aid topların da Latakiyaya toplandığı deyilir.
“Reuters” bundan əvvəl Rusiyanın Suriyaya 200-ə yaxın desant göndərdiyini bildirmişdi.

Şərhlər