Türkiyənin məşhur media nəhəngi olan “Doğan Media Qrupu”nun nəzarətində olan KİV-lərdə terror təşkilatlarının təbliğatının aparılması iddiası ilə cinayət işi açılıb.
AzPolitika.info-nun Dunyabulteni.net-ə istinadən verdiyi məlumata görə, Bakırköy prokurorluğu “Güneş” qəzetində 10 sentyabr 2015 tarixində çıxan “Al sana belge” başlıqlı xəbəri “məlumat sızdırma” faktı kimi qəbul edərək, holdinqin rəhbərliyinə qarşı iş açmağı lazım bilib. Həmçinin 29 avqust tarixində Siirtdə şəhid düşən əsgərlərin cəsədlərinin senzurasız, Tuncelidə öldürülən PKK-lıların şəkillərinin isə senzuralı yayımlanması, həmçinin digər şübhəli xarakterli materiallar da bu işə əlavə olunub.
Bundan əlavə, qeyd olunur ki, Cizrədə cənazə törənlərində yerli qurumların verdiyi rəsmi rəqəmlərə görə 4 min nəfərin iştirak etdiyi halda, “Doğan Media Qrupu”nun əməkdaşları 130 minlik şəhərdən 100 min nəfərin meydana çıxdığını iddia ediblər.


Şərhlər