Xarici KİV-in yaydığı məlumata görə, Almaniya cari ilin sonuna qədər şərq ölkələrindən 1 milyona yaxın qaçqının gələcəyini gözləyir («Exo Moskvı»).
Bundan əvvəl Berlin başqa rəqəm açıqlamışdı – 800 min nəfər.
Vitse-kansler Ziqmar Qabrielin sosial-demokrat partiyasına ünvanladığı məktubda deyilir ki, mövcud situasiya Avropa İttifaqı ölkələrinə bu mənada açıq siqnaldır ki, Almaniya təkbaşına problemin öhdəsindən gələ və bütün qaçqınları qəbul edə bilməz.
Bütün bunlar Berlinin, Vyananın, Çexiyanın, Slovakiyanın və Polşanın öz sərhədlərində qaçqınlarla bağlı yaranmış vəziyyətə görə nəzarəti bərpa etmək istiqamətindəki qərarları fonunda baş verir.
AzPolitika.info


Şərhlər