Pakistan baş naziri Nəaz Şərif ölkəsindəki nüvə tədqiqatlarının dayandırılmasın üçün ABŞ prezidentinin ona 5 milyard dollar təklif etdiyini deyib.
AzPolitika.info-nun Dunyabulteni.net-ə istinadən verdiyi məlumata görə, 5 milyard dolların şəxsən ona təklif edildiyini deyən N.Şərif “sabiq ABŞ prezidentinin” bu təklifinə “ölkəsinin mənafeyi naminə” rədd cavabı verdiyini deyib.
Hindistanın 1998-ci mayın 12-də reallaşdırdığı nüvə çalışmalarının ardınca, Pakistan da həmin il mayın 28-də beş uğurlu təşəbbüs etdiyini açıqlamışdı.
N.Şərif 1990-93, 1997-99-cu illərdə Pakistanın baş naziri olub, üçüncü dəfə isə bu vəzifəyə 2013-cü il iyunun 5-də gəlib.


Şərhlər