İrandan Türkiyə ərazisinə qanunsuz girdiyi müəyyən edilən 3 İran əsgəri tutulub. Musavat.com CNN Türk-ə istinadən xəbər cerir ki, Yüksəkova qəsəbəsinin Əsəndərə sərhədində xidmət çəkən təhlükəsizlik qüvvələri təxminən 10 nəfərlik qrupun qanunsuz yolla Türkiyə ərazisinə girdiyini aşkarlayıb.
Ərazidə əməliyyat keçirilib. Bunu görən qaçaqlar İran ərazisinə qayıtsa da, inlarla birlikdə Türkiyə ərazisinə keçən 3 Türkiyə əsgəri tutulub.
Onların qaçaqları təqib etdikləri üçün sərhədi keçdiyi bildirilir. Saxlanılan əsgərlər iki ölkə arasındakı protokola uyğun olaraq İrana təhvil veriləcək.


Şərhlər