Ukrayna baş prokuorunun müavini David Sakvarelidze Odessa vilayətinin prokuroru təyin edilib.
AzPolitika.info-nun TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Odessa qubernatoru Mixail Saakaşvili bildirib.
Onun sözlərinə görə, D.Sakvarelide əvvəlki vəzifəsində də qalmaqla, eyni zamanda iki vəzifəni icraedəcək.
“Bu adam Gürcüstan üçün böyük işlər görüb. Biz bura inamla gəlmişik və həqiqətlə xidmət edəcəyik”,- deyə Sakaşvili bildirib.
Əvvəl Gürcüstanda da respublika prokurorunun müavini olan D.Sakvarelidze 2015-ci ilin fevralında Viktor Şokinin müavini təyin edilib.

Şərhlər