Menu

Elektrik qatarının qadını vurması hadisəsinin intihar olduğu deyilir

17.09.2015, 13:50
Elektrik qatarının qadını vurması hadisəsinin intihar olduğu deyilir

Bu gün saat 07.55-də Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarı Baş Keşlə-Bakı yük mənzilinin 2656-cı kilometrindən keçərkən hadisə baş verib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, Bakı şəhəri Keşlə qəsəbə sakini, Aşıq Qərib küçəsi ev 33 ünvanında yaşayan, 1964-cü il təvəllüdlü Qətibə İsmayıl qızı Abdullayeva qatarın çatmasına 15-20 metr qalmış qəfildən dəmir yolu xəttinin üzərinə uzanaraq intihar edib.

İlkin məlumata görə, Q. Abdullayevanın ruhi xəstə olduğu bildirilir. Elektrik qatarının müşahidə kamerası ilə hadisə vaxtı qeydə alınan görüntülər hüquq-mühafizə orqanlarına təqdim edilib.

Elektrik qatarı 27 dəqiqə gecikmə ilə Bakı-sərnişin stansiyasına daxıl olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol