Menu

Prezident İlham Əliyev Kürdəmir rayonuna səfər edib

17.09.2015, 15:30
Prezident İlham Əliyev Kürdəmir rayonuna səfər edib

Azərbaycan prezidenti İlham Əliyev Kürdəmir rayonuna səfər edib.

APA-nın məlumatına görə, dövlət başçısı əvvəlcə rayon mərkəzində Heydər Əliyev adına parkda ümummilli liderin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov prezident İlham Əliyevə həmin parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

Bildirilib ki, bu parkdakı fəvvarə yenidən tikilib, burada oturacaqlar quraşdırılıb, yaşıllıq işləri görülüb. Parkda istər rayon sakinləri, istərsə də qonaqların mənalı istirahəti üçün bütün şərait yaradılıb.

Prezident İlham Əliyev Kürdəmir şəhərində Bayraq Meydanının açılışında da iştirak edib. Dövlət başçısına məlumat verilib ki, meydanda hündürlüyü 62 metr olan bayraq dirəyi ucaldılıb. Prezident Bayraq Meydanının rəmzi açılışını bildirən lenti kəsib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol