Menu

Jirinvoski yenə aranı qarışdırdı!

17.09.2015, 16:18
Jirinvoski yenə aranı qarışdırdı!

Rusiya KİV-nin yaydığı məlumata görə, Dumanın iclasındakı çıxışı zamanı Rusiya Liberal-Demokrat Partiyasının sədri (RLDP) Vladimir Jirinovski deputat həmkarı İrina Rodninanın üstünə qışqırıb. Buna səbəb isə Jirinovskinin çıxışı zamanı İrinanın öz qonşusu ilə söhbətə girişməsi olub ki, Jirinovski də bunu görüb və əsəbləşib («Exo Moskvı»).

İnsidentdən sonra Jirinovski öz fraksiyasını zaldan çıxarıb. «Vahid Rusiya» fraksiyasının sədr müavini Nikolay Bulayev isə Jirinovskidən hamının qarşısında İrinadan üzr istəməyi tələb edib.

Rodninanın özü «TASS»-a bildirib ki, Jirinovskidən üzrxahlıq gözləmir və ondan şikayət etmək fikri də yoxdur.

Bu arada, RLDP fraksiyası iddia edir ki, Rodnina Jirinovskinin sözünü kəsmək istəyib, o isə yalnız İrinadan sakitliyə riayət etməsini istəyib və heç bir təhqirə yol verməyib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol