Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT Haber” canlı yayımında Nəsuhi Güngörün suallarını cavablandırıb.
AzPolitika.info-nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, o, HDP həmsədri Selahattin Demirtaşı sərt tənqid edib: “Adam Türkiyə bayrağını əlinə almayıb. Son seçkilərdə havadarları onlara ağıl verdi. Bunların qurultaylarında bayrağımızı asmağı demirəm, asılan bayraq varsa endirdiklərini bilirik. Terroristlərin cəsədlərini separatçı terror təşkilatına aid əski parçasına bükmüşlər, özlərinə görə ibadətlərini etmişlər. Sonra da sosial mediayla paylaşmışlar”.
O, həmçinin xalqa səslənərək noyabrın 1-də keçiriləcək növbəti seçkilərə səsləyib və “Terroru dəfn edək” çağırışı verib.

Şərhlər