Menu

Prezident Kürdəmirdə Bayraq Meydanını açıb

17.09.2015, 18:01
Prezident Kürdəmirdə Bayraq Meydanını açıb

Azərbaycan prezidenti İlham Əliyev Kürdəmir rayonuna səfər edib.

Prezident rayonun mərkəzindəki Heydər Əliyev parkını ziyarət edib, parkda aparılan abadlıq işləri ilə tanış olub.

Bu barədə prezidentin rəsmi saytı məlumat yayıb.

Bundan sonra isə prezident Bayraq Meydanının açılışında iştirak edib.

Bayraq dirəyinin hündürlüyü 62 metrdir.

Bayraq meydanının tikintisinə 2014-cü ildə başlanılıb. Beş hektar sahədə yerləşən Meydanda abadlıq-quruculuq işləri görülüb, fəvvarələr quraşdırılıb, Bayraq Muzeyi və gənclər kafesi tikilib.

Burada, həmçinin idman qurğuları meydançası və velosiped zolağı salınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol