Menu

Rusiyadan Azərbaycanla Avropa Parlamenti arasındakı gərginliyə münasibət

17.09.2015, 19:20
Rusiyadan Azərbaycanla Avropa Parlamenti arasındakı gərginliyə münasibət

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanla Avropa Parlamenti arasında yaranmış gərginliyə münasibət bildirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycanla bu qurum arasındakı problemin dialoq yolu ilə həll edilməsinin vacib olduğunu bildirib: “Hesab edirəm ki, konkret ölkəyə beynəlxalq təşkilat tərəfindən hər hansı bir konkret iddia varsa, bu, siyasiləşdirilmiş metodlarla deyil, qarşılıqlı dialoq yolu ilə həll edilməlidir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol