Menu

Lukaşenkoya qarşı sanksiyalar ləğv olunur

17.09.2015, 19:27

Lukashenko_895260lukasenkoAvropa İttifaqı Belarus prezidenti Aleksandr Lukaşenkoya tətbiq olunan sanksiyaları dayandıra bilər.

APA-nın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb. “Avropa İttifaqı çox güman ki, ötən ay siyasi məhbusların azadlığa buraxılması ilə əlaqədar Belarusa qarşı bəzi sanksiyaları, o cümlədən Aleksandr Lukaşenkoya qoyulan səyahət qadağasını dayandıracaq” , - deyə diplomatik mənbə bildirib.

Mənbə insan haqlarının pozulması ilə əlaqədar 200 şəxsə münasibətdə tətbiq olunan viza qadağası və xaricdəki aktivlərinin dondurulması ilə bağlı qərarın ləğvinin nəzərdə tutulduğunu da deyib: “Bu məsələ Lukaşenkoya, eləcə də prezidentə yaxınlığı ilə tanınan hakim və siyasətçilərə şamil edilə bilər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol