Menu

Bakı Metropoliteni bu gecə saat 01:30-a qədər işləyəcək

17.09.2015, 19:51
Bakı Metropoliteni bu gecə saat 01:30-a qədər işləyəcək

"Qəbələ" klubunun bu barədə xahişi nəzərə alınıb

Bu gün Metro saat 01: 30 qədər çalışacaq. Lent.az-ın "Qəbələ" klubunun saytına istinadən xəbərinə görə, buna səbəb Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq "Qəbələ"-"PAOK" qarşılaşmasıdır.

“Qəbələ" İdman Klubu qarşılaşmanın gec saatda başa çatacağını nəzərə alaraq Bakı Metropoliteninə bu gün iş rejiminin saat 01:30-dək uzadılması xahişi ilə müraciət edib. Müraciət Bakı Metropoliteni tərəfindən müsbət cavablandırılıb.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Bakcell Arenada" keçiriləcək "Qəbələ"- "PAOK" qarşılaşmasının start fiti 22:00-da çalınacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol