Menu

Putin Türkiyə və Fələstin prezidentləri ilə görüşəcək

18.09.2015, 15:15
Putin Türkiyə və Fələstin prezidentləri ilə görüşəcək

Rusiya prezidenti Vladimir Putin Moskvada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Fələstin rəhbəri Mahmud Abbasla görüşməyi planlaşdırır.

AzPolitika.info-nun “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

Onun sözlərinə görə, görüş sentyabrın 23-də baş tutacaq.

“Türkiyə prezidenti Moskvada məscidin açılışı mərasimində iştirak edəcək. Rusiya prezidenti ilə də ikitərəfli görüş gözlənilir. Əgər Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbasın gəlişi baş tutsa, Putinin onunla da ayrıca danışıqları olacaq”, - deyə Peskov bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol