Menu

Türkiyə suriyalı qaçqınlara 7,6 milyard dollar xərcləyib

18.09.2015, 16:16
Türkiyə suriyalı qaçqınlara 7,6 milyard dollar xərcləyib

Türkiyənin baş nazir müavini və hökumət sözçüsü Numan Kurtulmuş Türkiyədə hazırda 2,2 milyon suriyalı qaçqının olduğunu, qaçqınlara xərclənən məbləğin isə 7,6 milyard ABŞ dollarına çatdığını deyib.

AzPolitika.info-nun Dunyabulteni.net-ə istinadən verdiyi məlumata görə, Ankarada təşkil olunmuş Suriya Koordinasiya Toplantısında çıxış edən Numan Kurtulmuş son aylarda çox sayda qaçqının Avropa ölkələrinə Aralıq Dənizi və Egey Dənizindən qayıqlarla getməyə çalışdığını, bu zaman çox sayda insanın həyatını itirdiyini deyib.

Kurtulmuş qeyd edib ki, bu ilin əvvəlindən bəri Türkiyənin nəzarət etdiyi sularda 53,228 nəfər Sahil Təhlükəsizlik Xidməti tərəfindən xilas edilib, 274 nəfər isə həlak olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol