Menu

Ermənistanda azərbaycanlı diversiyaçılardan qorxurlar

18.09.2015, 19:40
Ermənistanda azərbaycanlı diversiyaçılardan qorxurlar

Sentyabrın 18-də Ermənistanın Müdafiə Nazirliyində Ermənistan Silahlı Qüvvələrinin və Qarabağ sepratçılarının qarşılıqlı fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib.

Xüsusən, “düşmənin diversiyaçı-kəşfiyyatçı qruplarının daxil olmasının qarşısının alınması üzrə” tədbirlər müzakirə olunub.

Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, döyüş hazırlığının artırılması və döyüş növbəsinin yaxşılaşdırılması məqsədilə genişmiqyaslı tədbirlər də müzakirə olunub.

Qeyd edək ki, bundan əvvəl Ermənistan tərəfi həmişə deyirdi ki, heç bir azərbaycanlı diversiyaçı ermənilərin nəzarəti altında olan əraziyə nüfuz edə bilməz və bütün cəhdlərin qarşısı uğurla alınır("Turan").

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol