Menu

Rusiya Azərbaycanla ət məhsulları ixrac edəcək

19.09.2015, 10:01
Rusiya Azərbaycanla ət məhsulları ixrac edəcək

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti (BFNFX) Avropa İttifaqı və 40-dan çox başqa ölkənin səlahiyyətli orqanları ilə ət məhsulları ixracına dair danışıqlar aparır.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə BFNFX-nin rəhbəri Sergey Dankvert bu sahədə çalışan nümayəndələrlə görüşündə bildirib.

Məlumata görə, bu il Rusiya məhsullarının satışı ilə bağlı Azərbaycan, Braziliya, Vyetnam, Honkonq, İran, Çin, Seneqal, Mərakeş, Serbiya, Hindistan, Qətər, Şimali Koreya, Cənubi Koreya, Livan, Türkiyə, Tailand, Filippin və CAR-ın dövlət orqanları ilə danışıqlar aparılıb.

Hazırda BFNFX Rusiya heyvandarlıq məhsullarının ixracı üçün 61 baytarlıq sertifikatı razılaşdırıb və daha 53 sertifikat razılaşdırılmaq üçün hazırlanır.

Məlumatda, həmçinin qeyd olunur ki, Azərbaycan, Vyetnam, Çin, Cənubi Koreya, BƏƏ, Misir və İordaniyadan olan mütəxəssislər bu il Rusiyanın heyvandarlıq müəssisələrində yoxlamalar aparıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol