Menu

Obama və Kastro yenidən bir araya gəldi

19.09.2015, 09:53
Obama və Kastro yenidən bir araya gəldi

ABŞ prezidenti Barak Obama və Kuba Sosialist Respublikasının lideri Raul Kastro yenidən görüşüblər.

AzPolitika.info-nun “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Kubaya qarşı embarqoların növbəti dəfə azaldılmasından sonra keçirilən görüş barədə Ağ Evin rəsmi saytında bildirilib.

“Liderlər ABŞ və Kubanın ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün birlikdə və ayrılıqda ata biləcəyi addımlar müzakirə ediblər. Vacib məsələlər üzrə fikir ayrılığımızın qalmasına baxmayaraq, biz bu məsələləri səmimi şəkildə müzakirə edəcəyik”, - deyə məlumatda bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol