Menu

Bakıda “Azərbaycanda rus filmləri həftəsi” keçiriləcək

19.09.2015, 12:54
Bakıda “Azərbaycanda rus filmləri həftəsi” keçiriləcək

Oktyabrın 1-7-də Bakıda “Azərbaycanda rus filmləri həftəsi” keçiriləcək.

APA-nın Rusiyanın Azərbaycandakı səfirliyinə istinadən verdiyi məlumata görə, tədbirin təşkilatçıları Rusiya Mədəniyyət Nazirliyi və “Kinofest” prodüser mərkəzidir.

Kino həftəsi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Rusiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunacaq.

Tədbir iki ölkə arasında mədəniyyət və kinematoqrafiya sahəsində əlaqələrin inkişafı məqsədi ilə keçirilir.

Açılış mərasimində Rusiyanın xalq artisti Boris Şerbakov, Valeriya Şkirando, Olqa Lomonosova, Aleksandra Rozovskaya, Denis Şvedov kimi aktyorlar, prodüser, ssenarist, rejissor heyəti iştirak edəcək.

Həftə ərzində Rusiya rejissorlarının son iki ildə çəkdikləri filmlər “Nizami” kinoteatrında nümayiş olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol