Menu

"Korrupsiya ilə bağlı vəziyyət dəyişməsə..." - Co Bayden

19.09.2015, 13:36
"Korrupsiya ilə bağlı vəziyyət dəyişməsə..." - Co Bayden

Ukraynada korrupsiya ilə bağlı vəziyyət dəyişməsə, rəsmi Vaşinqton bu ölkəyə dəstəyini dayandıra bilər.

APA-nın Ukraynanın “Novoe vremya" nəşrinə istinadən verdiyi məlumata görə, Ukrayna prezidenti Pyotr Poroşenko və baş nazir Arsen Yasenyuka bu xəbərdarlığı ABŞ-ın vitse-prezidenti Co Bayden edib.

Bu barədə açıqlama verən vitse-prezidentin müşaviri Maykl Karpenter hansı növ hədədən söz getdiyini açıqlamayaraq, xəbərdarlığın çox sərt olduğunu vurğulayıb.

Bundan başqa, vitse-prezident bəyan edib ki, Rusiyaya qarşı sanksiyalar asanlıqla gücləndirilə bilər, çünki sanksiyalar 10 ballıq şkala üzrə hələlik 3-cü səviyyədədir.

Qeyd edək ki, bu il iyunun 19-da amerikalı senatorlar ABŞ-ın Ukraynaya hərbi yardımını əks etdirən qanunu təsdiq ediblər. Sənəddə rəsmi Kiyevə ABŞ tərəfindən atıcı silahlar və qumbaraatanların veriləcəyi əksini tapıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol