Qazaxıstan KİV-nin məlumatına görə, Prezident Nursultan Nazarbayev bəyan edib ki, onun ölkəsi Qərbin Rusiyaya qarşı sanksiya siyasətindən ciddi iqtisadi problemlər yaşayır (Rosbalt).
«Hazırda biz, böyük çətinliklər yaşayırıq. Bu, əvvəla, neftin qiymətinin düşməsi, ikicsi isə bizim ticarət tərəfdaşımız olan Rusiyaya qarşı sanksiyaların tətbiq olunması ilə bağlıdır. Bu, bizə çox təsir göstərir» - deyə, Nazarbayev «Aqillər Şurası» iştirakçıları ilə Astanada keçirilən görüş zamanı qeyd edib.
Prezident onu da qeyd edib ki, Qaxısıtan da Rusiya kimi xammal ölkəsidir və onun əsas varidatı yerin təkindədir: «Bu, neft, qaz, qara və əlvan metallardır. Ümumilikdə, Mendeleyev cədvəlinin 53 elementi Qazaxıstanda çıxarılır. Bütün bu məhsulların qiymətləri dünya bazarında enib-qalxır. Ona görə də biz, dərhal sənayeləşmə siyasətinə başladıq və ikinci «beşilliyi» işləyib hazırladıq ki, bizim xammal resurslarından asılılığımız olmasın» - deyə, «Novosti Kazaxıstana» informasiya agentliyi prezidentdən sitat gətirir.
AzPolitika.info


Şərhlər