Avropanın bir çox ölkəsində olduğu kimi Avstriyada da müsəlmanların qaçqınlara kömək etmədiyi ilə bağlı tənqidlər səsləndirilirdi.
AzPolitika.info-nin Dunyabulteni.net-ə istinadən verdiyi məlumata görə, Avstriyadakı İslam Camaatı "Islamische Glaubensgemeinschaft'ın, Avstriya Daxili İşlər Nazirliyi, əyalət rəhbərlikləri və qeyri-hökumət təşkilatlarıyla etdiyi ortaq işlərdə bunun doğru olmadığı üzə çıxıb.
Camaata bağlı məscidlər qaçqınların müvəqqəti qala biləcəkləri təcili sığınacaq olaraq istifadə edilir. Qaçqınlara Müsəlman dərnəklər tərəfindən stansiyalarda qida və paltar yardımı paylanır.
Avstriya İslam Camaatı bu cür humanitar yardımların daha nizamlı bir şəkildə koordinə edilməsi üçün üçün “Hilal” humanitar yardım dərnəyini qurub.
“Hilal” dərnəyi baş koordinatoru Məhəmməd Samir Zafur son günlər kimin hansı cür köməyə ehtiyacı olduğuna dair məlumat əldə etməkdə çətinlik çəkdiklərini, buna görə də yardımların nisbətən gecikdiyini deyib. O qeyd edib ki, “Hilal” təşkilatı qaçqınlara sığınacaq, lazımi əşyaların təminatı və tərcümə xidmətləri ilə bağlı işləri koordinə edir.
Bundan başqa “Hilal” təşkiları qaçqınların geyim ehtiyacını aradan qaldırmaq üçün iyanələr toplayır.
İslam Camaatının xaricində Vyanada İslam Birliyinə bağlı İmam-Xətib Məktəbində son iki həftədə 5 min qaçqına təcili sığınacaq verilib. Favoriten və Hernals rayonlarında məscidlər qaçqınların qalması üçün qapılarını açıb. Vyananın 11-ci bölgəsindəki bir anbarda isə təxminən 400 qaçqının qalması təmin edilib. Buralarda təşkilat üzvləri növbətçilik üsulu ilə 24 saatlıq yardım sistemi yaradıb. Həmçinin Avstriya Müsəlman Gəncləri üzvlərini könüllü yardım işlərinə səfərbər edib.
“Donaustadt” məhəlləsində Türk Birliyi tərəfindən bir salona 600 qaçqın yerləşdirilib.
Səudiyyə Ərəbistanına bağlı İslam Mərkəzi də hər gün 30 min buterbrod hazırlayaraq “Westbahnhof” adlı stansiyada qaçqınlara paylayır. Ayrıca Macarıstan-Avstriya və Macarıstan-Serbiya sərhədinə yek maşınları ilə müxtəlif əşyalar daşıyaraq, qaçqınlara paylayır. İnternet saytında Dunay çayı kənarında yerləşən Floridsdorf şəhərindəki Avstriyanın ən böyük məscidinin də qapıları müvəqqəti sığınacaq kimi qaçqınlara açılıb.


Şərhlər