Türkiyədə Van prokurorluğunun terror qruplarına qarşı apardığı istintaq çərçivəsində Təlükəsizlik İdarəsi Terrorla Mübarizə Şöbəsi Erdemit mahalında anti-terror əməliyyatı həyata keçirib.
AzPolitika.info-nun “Sabah”a istinadən verdiyi məlumata görə, əməliyyat zamanı HDP-nin Erdemit mahalı üzrə təşkilat həmsədri Rəcəb Gültəpənin Cevdet Paşa Məhəlləsindəki ofisində axtarış aparılıb.
Bildirilir ki, axtarışlar zamanı Rəcəb Gültəpəyə məxsus 53 AP 153 dövlət nişanlı avtomobildə bomba istehsalında istifadə edilən 8 qəlib, 3 radio cihazı, 9 fişəng, 2 mobil telefon, kabel və kəlbətin aşkarlanıb.
Axtarışdan sonra Gültəpə və adı açıqlanmayan başqa bir şəxs nəzarətə alınıb, lakin R.Gültəpə ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.


Şərhlər