Menu

Avropada Bakının varisi seçilir- 500 milyon dollar pul tələb olunur

20.09.2015, 00:02
Avropada Bakının varisi seçilir- 500 milyon dollar pul tələb olunur

İkinci Avropa Oyunlarına ev sahiblik etməyə iddialı olan namizədlərin adları açıqlanıb.ANS PRESS-in məlumatına görə, qonşu ölkələr olan Rusiya, Belarus və Türkiyədə 2019-ci ildə Avropa oyunları keçirilə bilər.

Avropa Olimpiya Komitəsinin rəhbəri Patrik Hikki bildirib ki, yarışların qrafiki komitəninAlbaniyanın paytaxtı Tiranada keçirilən toplantısında təsdiqlənib. Hikki həmçinin qeyd edib ki, Hollandiya maddi durumuna görə ev sahibliyi etməkdən vaz keçib.

Patrikın sözlərinə görə, yarışların qrafiki indidən müəyyən ediləcək ki, Avropa idman federasiyaları və milli olimpiya komitələri öz təqvimlərini Avropa Oyunlarının təqvimi ilə uzlaşdıra bilsin. Onun fikrincə, yarışların təqviminin müəyyən edilməsi potensial ev sahibləri ilə danışıqları yekunlaşdırmağa kömək edəcək. Hazırda Türkiyə, Rusiya və Belarus ilə danışıqlar aparılır. Yekun nəticə bu ilin oktyabr ayında açıqlanacaq. “2019 yarışları üçün seçim imkanları böyük deyil, qərar simvolik xarakter daşıyacaq”,- deyə Hikki əlavə edib.

Patrik Hikki- Avropa Olimpiya Komitəsinin rəhbəri

Avropa Olimpiya Komitəsi 2019-cu il yarışlarının orta əməliyyat büdcəsini 500 milyon dollar səviyyəsində proqnozlaşdırır. "500 milyon dollar real rəqəmdir: Olimpiya Oyunları ilə müqayisədə qitənin 50 ölkəsinin təmsil olunduğu idman tədbirlərinə 500 milyon dollar əməliyyat büdcəsinin müəyyən edilməsi optimal və ağlabatandır”- Patrik Hikki bildirib.

İlk Avropa oyunları 12 iyun - 28 iyun 2015-ci il tarixində Azərbaycanın paytaxtı Bakıda vəMingəçevirdə keçirilib. Oyunlarda 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançı yarışıb. Tarixdə ilk Avropa Oyunlarının keçirilməsi barədə qərar 8 dekabr 2012-ci il tarixində, Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilib.

I Avropa oyunlarının qalibi qonşu Rusiya olub, 2-ci yeri Azərbaycan, 3-cü yeri isə Böyük Britaniya layiq görülüb. Azərbaycan 56 medal qazanıb, onlardan 21-i qızıl, 15-i gümüş, 20-si isə bürünc olub.

Rəsul Çunayev- güləş üzrə Birinci Avropa Oyunlarının qalibi

Avropa Olimpiya Komitəsi Bakıda keçirilən yarışlara görə kifayət qədər yüksək tələblər irəli sürmüşdü və əməliyyat büdcəsi 1 milyard dollara yaxın idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol