Menu

Bolqarıstan sərhədini qaçqınların üzünə bağladı

20.09.2015, 12:11
Bolqarıstan sərhədini qaçqınların üzünə bağladı

Bolqarıstanın baş naziri Boyko Borisov bəyan edib ki, ölkəsi qeyri-leqal miqrantlar üçün öz sərhədlərini bağlayır.

Musavat.com xəbər verir ki, bu barədə OFFNews.bg portalı yazıb.

Borisov deyib: “Sərhədi qayda-qanunlar əsasında keçmək istəyənlər buraxılacaq, yerdə qalanlar - yox”.

Borisov qeyd edib ki, qaçqınlarla bağlı vəziyyət faciəvidir və heç kəs Avropanı bürüyən bu miqrasiya böhranına sakitcə tamaşa edə bilməz, ancaq ölkənin qanunlarına riayət olunmalıdır.

Baş nazirin sözlərinə görə, Bolqarıstanın hakimiyyət orqanları Türkiyə polisləri ilə təmasda çalışırlar və türklər qaçqınları sərhədin 40 kilometrliyinə buraxmırlar, yalnız minik və yük avtomobillərini buraxırlar.

Qeyd edək ki, artıq Macarıstan, Xorvatiya, Slovakiya, Rumıniya, Polşa, Çexiya və Serbiya hökumətləri də öz ölkələrinin sərhədlərini suriyalı qaçqınların üzünə bağlayıb. Bu ölkələr Avropa İttifaqı tərəfindən onlara ayrılan “qaçqın kvotası”na qarşı çıxırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol