Rusiya prezidenti Vladimir Putin bundan sonra da separatçı Cənubi Osetiya rejiminə dəstək verməyə davam edəcəyini bildirib.
AzPolitika.info-nun Gazeta.ru-ya istinadən verdiyi məlumata görə, Putin həmçinin Cənubi Osetiya xalqını “Respublika Günü” münasibəti ilə təbrik edib.
“Bu bayram 25 il əvvəl müstəqillik, azad və dinc həyat uğrunda başladığı mübarizədə Cənubi Osetiya xalqının mətinliyini və qəhrəmanlığını simvolizə edir”, - deyə Putin öz təbrikində qeyd edib.
O, Rusiya ilə separatçı rejim arasındakı münasibətlərin “qarşılıqlı mənfəət” və “mehriban qonşuluq” ənənələri əsasında qurulduğunu əlavə edib.


Şərhlər